YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, bəşər tarixində nadir nəhəng şəxsiyyətlər olub ki, bütün şüurlu həyatını xalqına qurban verib. Belə insanlara tarixi şəxsiyyətlər deyirlər. Onlar öz fəaliyyətləri ilə yaşadıqları vətənin tarixini yazmağı bacarıblar. Xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini yenidən dirçəldən məhz milli lider ulu öndər Heydər Əlirza oğlu Əliyev olub.Qeyd olunub ki, bu gün Vətən müharibəsində qazandığımız parlaq Qələbə, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu, ictimai-siyasi, sosial-iqtisadi və digər bütün sahələrdə əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Ulu Öndərin çox illərə hesablanmış dahi siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vurğulayıb ki, XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Liderin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Milli özünəqayıdış və özünüdərkin başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Hazırda ümummilli lider Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır, həyata keçirdiyi müdrik siyasətlə ölkəmizin firavan həyatını və xoşbəxt gələcəyini layiqincə təmin edir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun müdiri Namidə Abbasova, Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi, Aran 1 ərazi partiya təşkilatının sədr müavini Ariz Mikayılov, Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin İctimayyətlə Əlaqələr bölməsinin müdiri Elçin Baxşalızadə, Vətən müharibəsi qazisi Bayram Hüseynov, partiya veteranı Qənimət Qaraşov, “Əməkdar Mədəniyyət işçisi” Mədəniyyət Mərkəzinin müdiri Eldəniz Mustafayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə hesablanmış uzaqgörən siyasətindən bəhd ediblər.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv