YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid övladının doğum günü qeyd edilib

Neftçala rayonunda şəhid övladının doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və təşkilat nümayəndələri Vətən müharibəsi şəhidi Səbuhi Səmədovun evinə gedərək onun ailəsinə baş çəkib, şəhidin övladı İbrahimi doğum günü münasibətilə təbrik ediblər.

Söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.

Şəhid ailəsinin qayğı və problemləri dinlənilib.