YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Hazırda dünyanın diqqəti Orta Dəhlizə yönəlib

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir. Çünki biz nə söyləyiriksə, onu da edirik, nə ediriksə, onu söyləyirik.

Bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Vəli Universitetində təşkil olunan “Türkiyənin sahibkarlıq və humanitar xarici siyasəti” mövzusunda konfransdakı çıxışında ifadə edib.

Türkiyənin yürütdüyü sülh, sabitlik və inkişaf siyasətinin ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən nazir Rusiya-Ukrayna savaşının nəticələri və məlum sanksiyalar səbəbindən Şimal Dəhlizinin əhəmiyyətini itirdiyini və dünyanın diqqətinin Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəldiyini xatırladaraq deyib: “İnşallah, Ermənistan da ağıllanacaq və onlar da bu ölkədən keçəcək layihələrdən faydalanacaq”.