YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda şəhidlərin xatirəsi əziz tutulur

Xaçmazda Vətən müharibəsi şəhidləri Məmmədov Pərvin Natiq oğlu və Mirzəməmmədov Sərxan Osman oğlunun əziz xatirələri yad edilib.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhidlərin ailə üzvləri, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri Şıxlar və Mirzəməmmədqışlaq kənd qəbiristanlıqlarında şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Daha sonra mərasim iştirakçıları şəhidlərin ailələrinə baş çəkib, dərin hüznlə başsağlığı veriblər.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv