YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri          

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. 30 illik şərəfli yol təhlil edildi, qalib Azərbaycanın qarşısında yaranan imkanlara diqqət yönəldildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin bütün dövrlərdə öz aktuallığını qoruduğu, partiyanın fəaliyyətinə bələdçilik etdiyi faktlar əsasında diqqətə çatdırıldı.

Dövlət başçısı, YAP Sədri İlham Əliyev noyabrın 21-də partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bir daha bu reallığa diqqəti yönəltdi ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan  çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının birinci ili çox ağır keçmişdir. YAP-ın 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilən təsis konfransında  ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edərək qəbul etdikləri tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı.

YAP yaradılmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ölkəmizdə sabitliyin yaradılması digər sahələrin inkişafına yol açdı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” söyləyən Ümummilli Lider bu sahənin inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atdı. İqtisadi müstəqilliyimizin təmin olunması Azərbaycanın siyasi müstəqilliyində də öz sözünü dedi. Həmçinin demokratik təsisatların yaradılması istiqamətində addımlar atıldı. Bir sözlə, Azərbaycan yenidən quruldu. 1993-2003-cü illər ölkəmizin tarixində sabitlik, inkişaf dövrü kimi xarakterizə edilir.

Əvvəldə də qeyd etdiyimiz kimi, YAP-ın yaranması tarixi hadisə idi. Partiya zamanın tələbi, xalqın istəyi ilə yaradıldı. Partiya 30 ildə çətin və şərəfli yol keçdi. Yarandığı gündən müxtəlif kateqoriyalardan olan insanları sıralarında birləşdirən YAP ümumxalq partiyası kimi nüfuz qazandı. 30 ildə Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardı.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Son 19 ildə dövlət başçısı İlham Əliyev atdığı addımları, uğurlu siyasəti, təkmil islahatları ilə həm hər bir vədini reallığa çevirdi, həm də Ümummilli Liderin 1 oktyabr 2003-cü il tarixli müraciətində ifadə etdiyi inam və etimadı doğrultdu. Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Ümummilli lider Heydər Əliyev həmin müraciətində bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq. Dövlət başçısı  İlham Əliyev YAP-ın yubiley qurultayındakı çıxışında bir daha böyük qürurla bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.

Qarabağ münaqişəsinin həlli ulu öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq.

DİGƏR Xəbərlər Arxiv