YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyəvi dövlət siyasəti ilə hər zaman dostluğa, qonşuluğa sadiq olub

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Bu gün Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Prezident İlham Əliyevin yürütdüyü xarici dövlət siyasəti ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Lakin son vaxtlar, xüsusilə Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən sonra cənub qonşumuz olan İranın media orqanları, televiziyaları Azərbaycanın ünvanına müxtəlif ittihamlar səsləndirməsi qonşuluq münasibətləri ilə yanaşı islami dəyərlərə də zərər vurmuş olur. Vətən müharibəsində qazandığımız qələbədən sonra cənab Prezident Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünün dostluq körpüsü olduğunu bildirdi. Ölkə başçısı bununla da İrana mesaj vermək istədi ki, münasibətləri sizinlə normallaşdırmaq istəyirik, keçmişdə etdiyiniz əməlləri kənara qoyun. Lakin İran dövləti Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Məqsədyönlü və açıq təxribatları davam etdirdiyi halda İran özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Amma real əməldə bunun əksini müşahidə etmək elə də çətin deyil. Bu mənada İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan isə bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Ölkəmiz İranla sıx əməkdaşlığa önəm verib. Amma bütün bunlara baxmayaraq İran digər məsələlərlə yanaşı din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir. Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. 30 ilə yaxın işğal dövründə ermənilər Qarabağ və Şərqi Zəngəzurda bütün məscidləri dağıdıblar. Qismən salamat qalanlarını isə təhqir ediblər, içində donuz saxlayıblar. Bütün bunlar gün kimi aydın olsa da, faktlarla sübuta yetirilsə də, islam dövləti olan İran bir dəfə də olsun buna etiraz səsini ucaltmadı. İran dövləti hər zaman İslam həmrəyliyinə zidd olan siyasət yürütməklə ölkəsinə məxsus kütləvi informasiya vastələrində Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparır. Amma bunların heç bir nəticəsi yoxdur. Çünki güclü və İslam dəyərlərinə sadiq olan Azərbaycan özünün dünyəvi dövlət siyasəti ilə hər zaman dostluğa, qonşuluğa sadiq olub. Əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İranla Azərbaycan dövlətini ortaq, mədəni və mənəvi dəyərlər bağlayır. Lakin reallıqlar göstərir ki, bu dövlətin Azərbaycana olan münasibəti, regiondakı siyasəti, davranışları ortaq dəyərlərə mütənasib deyil. Bu günün reallıqlarından biridə budur ki, din pərdəsi altında molla rejimi İranda öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlətməkdən belə çəkinmir. İranın “molla rejiminin” anti-Azərbaycan mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmır və rəsmi Tehranın qərəzli mövqeyi bu ölkəni, xalqını uçuruma aparır.

DİGƏR Xəbərlər Arxiv