YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin xatirəsi əbədi yaşayacaq!

Yevlaxda Vətən müharibəsi şəhidləri Tağıyev Əkbər Məhəmməd oğlunun və Abışov Fərid Əlfayım oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə rayonun Şəhidlər xiyabanında məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Şəhidlərin şərəfli döyüş və həyat yolundan geniş bəhs edilib.

Sonra məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.