YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın nümayəndə heyəti ICAPP-ın Baş assambleyasında iştirak edir

Türkiyənin İstanbul şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) növbəti Baş assambleyası öz işinə başlayıb.

40-dan çox ölkədən 69 siyasi partiyanın iştirak etdiyi Baş assambleyada Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti də təmsil olunur. Nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin əməkdaşı Taleh Həsənzadə daxildir.

Assambleyanın işinin ilk günü ICAPP Daimi komitəsinin iclası baş tutub. Baş assambleyaya ev sahibliyi edən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala açılış nitqi ilə çıxış edib. Daimi komitənin işində ICAPP-ın baş katibi, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini və Asiyanı təmsil edən bir çox siyasi partiyaların liderləri, hökumət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Daimi komitənin iclasında Baş assambleyada müzakirəyə çıxarılan müvafiq sənədlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda, Daimi komitə ICAPP-ın tərkibində yeni biznes qrupunun, iş adamları şurasının yaradılması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib. Bundan əlavə, qəbul ediləcək İstanbul deklarasiyası ilə əlaqədar  ciddi müzakirə aparılıb, İstanbulda baş vermiş terror hadisəninin qınanılması ilə bağlı yekdil mövqe ifadə olunub. Bütün tərəflər Türkiyənin yanında olduqlarını bəyan ediblər. İstanbul deklarasiyasında əks olunan vacib məqamlardan biri ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qətiyyətlə dəstəklənməsi, daxili işlərə müdaxilə edilməməsi, beynəlxalq hüquq normaları və prinsiplərinə riayət olunması kimi məsələlərdir.

Qeyd edək ki, YAP-ın nümayəndə heyətinin təmsil olunduğu Baş Assambleya işini 20 noyabr 2022-ci il tarixinədək davam etdirəcək.