YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Azərbaycana hər zaman arxalanmaq olar

Artıq 10 ildir ki, mən Rusiya-Azərbaycan münasibətlərinin inkişafı prosesində iştirak edirəm və bütün bu illər ərzində Azərbaycanın etibarlı müttəfiq olduğunu görmüşəm. Rusiya tam əmindir ki, Azərbaycan etibarlı tərəfdaşdır, ona hər zaman arxalanmaq olar. Prezidentlərimizin şəxsi münasibətləri də bunun təminatıdır.

Bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Rusiya-Azərbaycan Ekspert Şurasının iclası çərçivəsində bildirib.

“İki müstəqil, suveren dövlət arasında münasibətlərin əsasını Heydər Əliyev qoyub. İndi onun oğlu atasının siyasətini uğurla davam etdirir. Əminəm ki, müttəfiqlik münasibətləri daim davam edəcək. Bu çətin zamanda, nəhəng dəyişikliklər, bütün dünya sisteminin yenidən formalaşdığı dövrdə bu, ikiqat, üçqat vacib və aktualdır”, - deyə deputat vurğulayıb.