YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə bölgədə etimad quruculuğu tədbirlərini müzakirə edib

Noyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bölgədə sülh və əminamanlığın təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli olduğunu vurğulayıb. O, mədəniyyət və humanitar sahələrdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.