YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı tariximizi yazanlar

Lerik rayonunun Vov kəndində Vətən müharibəsi şəhidi Hüseynov Samir Əlizadə oğlunun doğum günü münasibətilə xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları, şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Həmçinin şəhid Babayev Rakif Cəlal oğlunun da əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra bulaq kompleksinin açılışı olub, önündə gül-çiçək dəstələri qoyulub.

Qeyd edək ki, Samir Hüseynov 2020-ci il noyabrın 10-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.