YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ərazi bütövlüyünü bərpa edib, status yoxdur

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2020- ci ilin ən əhəmiyyətli hadisəsi, şübhəsiz, Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək əməliyyatıdır. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı və Ermənistan kaputilasiya imzalağa məcbur oldu. İmzanlanmış üç tərəfli bəyanatda Ermənistanın bir çox öhdəliklərinin olmasına baxmayaraq hələdə yerinə yetirilməyib. Bunlar azmış kimi bir çox təxribatçı əməllərədə əl atdılar. Ancaq hər dəfəsində qarşılarında Müzəffər Azərbaycan Ordusunu və Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunu gördülər.

“8 noyabr-Zəfər Günü münasibətilə Şuşada keçirilmiş tədbirdə etdiyi çıxışında cənab Ali Baş Komandanın dediyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.

İstər Paşinyan, istər digər qüvvələr, yəni “revanşistlər” olsun, fərq etməz, heç birinin Azərbaycana, onun şərtlərinə və zəfərinə hər hansı təsiri olmayacaq. Çünki müharibə bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, status yoxdur, ATƏT-in Minsk qrupu “ölüb”. Ərazimizin bir hissəsində qalan ermənilər isə sülh prosesi möhkəmləndikdən sonra ya bizim qanunlarla yaşamalı, ya da ölkəni sakit formada tərk edib getməli olacaqlar. Paşinyan Azərbaycanın mövqeyini yaxşı bilir, 10 noyabr Bəyanatından irəli gələn tələbləri xoşla olmasa da, zorla yerinə yetirməyə məcbur ediləcəyini anlayır. Ermənistanın digər siyasi qüvvələri də bir məsələdə yanılırlar. 30 illik işğal siyasətləri, güclü və döyüşkən ordu mifi, beynəlxalq təsir gücü olan erməni lobbisi iddiası, birmənalı olaraq Ermənistanı müdafiə edən fövqəlhavadarları 44 günlük müharibənin gedişində necə tar-mar oldusa, bu təxribatların sonucu yenidən onlar üçün ciddi problemlər yarada bilər. Ermənistanın yenidən “Dəmir Yumruq”la üz-üzə qala bilər. Bu dəfə isə onu birmənalı olaraq, nə Rusiya, nə Fransa, nə də digərləri müdafiə edə biləcək.