YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaradılması ilə Azərbaycanın tərəqqi yoluna çıxmasının əsası qoyulub

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Səməd Vurğun küçəsi 112 A üzrə (Nəsimi Bələdiyyəsi) ərazi partiya təşkilatı ilə birgə partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. O deyib: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir”.

Çıxışını davam etdirən yerli təşkilatın sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya günəş kimi doğmaqdadır və Azərbaycanda aparılan məqsədyönlü islahatların fonunda Yeni Azərbaycan Partiyasında aparılan islahatlar da bu gün öz parlaq nəticəsini verməkdədir.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Səməd Vurğun küçəsi 112 A üzrə (Nəsimi Bələdiyyəsi) ərazi partiya təşkilatının sədri Əziz Zeynalov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib.

Tədbirin sonunda Partiya sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.