YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfər xalqımızın güclü birliyini və həmrəyliyini nümyiş etdirdi

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycanın rəşadətli Ordusu İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanaraq düşmənin işğalçılıq siyasətinə son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı Qələbə tariximizdə əbədi yaşayacaq. Zəfər qəhrəman hərbiçilərimizin canı, qanı, xalqımızın həmrəyliyi sayəsində əldə olunub. Prezident İlham Əliyevin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Qələbəyə gedən yol keşməkeşli və çətin idi. Cənab Prezident diqqəti ilk növbədə Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin xalqımızı mənəvi cəhətdən sarsıtdığına çəkib. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər. Həmin ünsürlər hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlar hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. “Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. Digər bir amilə diqqət yetirək. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş statuskvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyədək olan dövrdə daim sülh danışıqlarında fəal iştirak edən Azərbaycan, eyni zamanda ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Ölkəmiz qısa müddətdə müasir silahlarla, yüksək səviyyəli kadrlarla təchiz olunmuş ordu qurmağa nail oldu. Müasir ordu danışıqlar prosesində respublikamızın özünəinam hissini artıran əsas amil qismində çıxış edirdi.  Ordu quruculuğu üçün isə ilk növbədə iqtisadiyyatı gücləndirmək lazım idi. Prezident İlham Əliyevin müasir çağırışları və ölkənin iqtisadi potensialını nəzərə almaqla həyata keçirdiyi yeni nəsil islahatlar sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu. Bu gün respublikamız öz hesabıma yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil.  Özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. “İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir”, - deyə Prezident İlham Əliyev bildirib.

Hazırda isə işğaldan azad edilmiş ərazilərmizdə bərpa-quruculuq işləri aparılır. Həmin ərazilər tezliklə əsl cənnət-məkana, ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək!