YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan, Türk Dünyasının inkşafında və böyük bir ailəyə çevrilməsində xüsusi rola malikdir

“Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da böyük nüfuza malikdir. Ölkəmiz Türkdilli ölkələr arasında əlaqələrin inkşafında  aparıcı rol oynamaqla yanaşı, türk dünyasının sıx birləşməsinə də böyük töhfələr vermişdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə böyük və nümunəvi fəaliyyəti ilə seçilən Prezident İlham Əliyev dəfələrlə türk dünyasının ən ali orden və medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı, böyük əhəmiyyətə malik tarixi hadisə olmaqla yanaşı ölkəmizin Türk dünyasındakı yüksək nüfuzunun göstəricisidir.  Zirvə Görüşündə çıxış edən Azərbaycan Lideri bir sıra vacib məsələlərə toxundu və hər zaman olduğu kimi ölkəmizin haqlı mövqeyini bəyan etdi. Azərbaycanın türk dünyasının sıx birləşməsinə verdiyi töhfələrdən bəhs edən Prezident İlham Əliyev ölkəmizin bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd etdi. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayan Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçərək hazırda 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara qədər yüksəlmişdir. 13 il əvvəl Prezident İlham Əliyev Türk Dünyası ilə bağlı səsləndirdiyi fikirlər bu gün tamlıqla reallığa çevrilməkdədir. Bu fakt bir  daha Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasətinin göstəricisidir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, çıxışı zamanı Türk dünyasnının böyük bir ailə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da ölkələrin bir-birinə qarşılıqlı dəstək və həmrəylik göstərməli olduğunun vacibliyini vurğuladı.

Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışındakı əsas məqamlardan biri də Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin öz ana dilində təhsil almaq imkanından məhrum olduğunu qeyd etməsi oldu.  Bu, bir daha cənab Prezidentimizin öz vətəndaşına və dünya Azərbaycanlılarına olan diqqət və qayğısının göstəricisidir.

Daha sonra Prezident İlham Əliyev öz çıxışında Ermənistanın törətdiyi təxribatlar, işğal zamanı torpaqlarımızda həyata keçirdiyi vandalizm aktları, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verdi: “Ümumilikdə Özbəkistanının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü Azərbaycanın Türk dünyasındakı böyük nüfuzunun göstəricisi olmaqla yanaşı, Təşkilat ölkələri arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə və təkan verəcəkdir.”