YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın tuduğu mövqe Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əksdir

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Beynəlxalq hüququn gücsüzlüyü bəşər tariximizdə qətliamlar törədənlərin özbaşınalıqlarına davam etdirilməsinə yol açır. Fransanın Əlcəzairdə, Ruandada və digər yerlərdə törətdikləri qətliamların cəzasız qalması, bu gün də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və qırğınlarına görməməzlik edərək 30 il işğaldan əziyyət çəkmiş Azərbaycana qarşı saxta və yalan qətnamə qəbul etməsinə yol açır. 15 noyabrda Fransa Senatında qəbul olunmuş qətnamə erməni sevgisinin və Azərbaycana olan qərəzin nümayişi olmaqla yanaşı regiona sülhün gəlişinə qarşı cəhddir. Əslində Fransanın mövqeyi Makronun Frans 2 kanalına verdiyi müsahibəsindən bəlli idi. İndi Senatda belə bir sənəd qəbul etməklə Fransa özünün məqsədini və iç üzünü bir daha açıb göstərdi. Fransanın tuduğu mövqe onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əksdir. Qətnamədə qeyd edilmiş məsələlər cəfəngiyyat və erməni müəllifliyinin məhsuludur. Qətnamədəki çağırışlara diqqət etsək görərik ki, Fransa Senatı 10 noyabr Üçtərfli Bəyanatın bəndlərindən, ümumiyyətlə ermənilərin torpaqlarımızda 30 illik işğalından, hazırkı vəziyyətdən xəbərsiz deyil və Azərbaycana düşmən gözü ilə baxmasından irəli gəlir.

Hesab edirəm ki, biz Fransanın təklif etdiyi vasitəçilik təşəbbüsündən ümumiyyətlə imtina etməliyik. Həm də Fransa ilə iqtisadi əlaqələrimizə yenidən baxmalıyıq. Azərbaycanın Fransa ilə ticarət dövrüyyəsi cəmi 245 milyon dollar ətrafındadır. Bu, ümumi ticarət dövrüyyəmizin cəmi 0,6%-ni təşkil edir və çox əhəmiyyətli rəqəm deyil. Ona görə də biz Fransanın istehsal etdiyi mallardan imtina etməliyik, şirkətlərinin Azərbaycanda fəaliyyətinə qadağa tətbiq etməklə Fransanın qərəzli hərəkətlərinə adekvat addımlar atmalıyıq.

Düzdür, Fransa Senatın qəbul etdiyi qətnamə hüquqi gücü olmayan lazımsız kağız parçasından başqa bir şey hesab etmirəm. Amma biz də adekvat olaraq Fransaya qarşı qətnamə qəbul etməli, Avropa İttifaqına çağırış etməli və öz etirazımızı bildirməliyik.