YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Nəticədə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Bu gün Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Əgər onlar bir qarış torpağımıza belə göz diksələr, bu dəfə daha ağır zərbə alacaqlar. Bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı heç şübhəsiz ki, sülh prosesindən yayınan və hərbi-siyasi təxribatların arxasında duran Ermənistan hakimiyyətidir. Eyni zamanda, ötən iki il ərzində ermənilərin sülhdən yayınmaq üçün hər cür pozuculuq fəaliyyətinə göz yuman beynəlxalq ictimaiyyət də mövcud situasiyada məsuliyyət daşıyır. 

Cənab  Prezidentİn qeyd etdiyi kimi, biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Azərbaycan regionun əməkdaşlıq, inteqrasiya və sülh regionuna çevrilməsinin tərəfdarıdır.

Dünya güc mərkəzləri arasında gərgin və mürəkkəb mübarizə şəraitində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət bir çox dövlətlər üçün üçün örnək ola bilər. Regionda baş verən son hadisələr onu göstərir ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti xalqımızın milli mənafeyinin reallaşması, dövlətçiliyimizin inkişafı üçün ən yaxşı yoldur. Bəli bu gün xalq ona görə cənab Prezidenti sevir ki, o, son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Cənab İlham Əliyev heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Xalqımız 44 günlük Vətən müharibəsində öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü.

DİGƏR Xəbərlər Arxiv