YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən böyük zirvədir!

Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Gədəbəy rayonu, Kələman kənd sakini Paşayev Firdovsi Afiq oğlunun 22-ci doğum günündə, Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun isə şəhadətinin ikinci ildönümündə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilat əməkdaşları, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub, üzərilərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Şəhidlərin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv