YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

"Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Ulu öndər Heydər Əliyevin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

 Dövlət Bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin  tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu mühüm addımla bağlı bildirirdi ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.

 Döv­lət bay­ra­ğımız Azər­bay­can və­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rə ət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amil­lə­rin­dən bi­ridir. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bayrağımız altında sıx birləşərək azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəal iştirak edirlər. Bayraq  millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Keçirilən beynəlxalq səviyyəli yarışlardan bəhs edərkən bu məqamı xüsusi qeyd edirik ki, bu tədbirlər Azərbaycanın tanıtımıdır. Bu baxımdan ki, birincilik qazanan idmanşılarımız Azərbaycan Bayrağının yüksəkliklərə qaldırılmasını, Dövlət Himnimizin  səsləndirilməsini təmin edir. Azərbaycan Bayrğının uğurlarımızın bəldçisi olması hər birimizin qürurudur.

Bu gün Azərbaycanın Dövlət Bayrağı bütün işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu. Azərbaycan əsgəri torpaqlarımızı mənfur düşməndən xilas etməklə yanaşı, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı  bu torpaqlarda yüksəkliyə qaldırmaqla bir daha torpaq, Vətən sevgisini nümayiş etdirdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 300-ə yaxın  kənddə ucaltdı. 8 noyabr 2020-ci ildə Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi, mədəniyyət paytaxtımızda Azərbaycan Bayrağının dalğalanması Dövlət Bayrağı Günü ərəfəsində xalqımıza ən böyük və heç zaman yaddaşlardan silinməyəcək müjdə oldu. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı.Qalib Prezidentimiz bu sevincini paylaşmaq üçün Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəynatın imzalanmasından 6 gün sonra 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərimizə, Cəbrayıl və Füzulu rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə səfər etdi, Bayrğımızı ucaltdı.

Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək. Qarabağlı və Şərqi Zəngəzurlu  Azərbaycan, Dövlət Bayrağı Günün mübarək! Əminik ki, hələ qarşıdakı dövrlərdə üçrəngli bayrağımız daha möhtəşəm uğurlarımıza şahidlik edəcək.