YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq birliyinin təntənəsi

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Ermənistanın növbəti təxribatına cavab olaraq 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks hücuma keçən Müzəffər Ordumuzun qəhrəman zabit və əsgərləri düşməni məhv edərək, 30 ilə yaxın düşmən tapdağı altında qalan şəhər və kəndlərimizi ard-arda işğaldan azad etmə əməliyyatlarına başladı. Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarının əraziləri, Xocavənd rayonunun bir sıra kəndləri, o cümlədən  Hadrut qəsəbəs  işğaldan azad edildi. Nəhayət 8 noyabr tarixində Mədəniyyət Mərkəzimiz Şuşa şəhəri dünya döyüş tarixində misilsiz hünər göstərən  qəhrəman əsgərlərimiz tərəfindən tam olaraq erməni terrorçularından azad edildi.

Ordusu tamamilə məhv edilmiş Ermənistan məğub olduğunu etiraf etdi və 10 noyabr 2020-ci il tarixdə Rusiya Prezidentinin iştirakı ilə tarixi Bəyənata, faktiki olaraq kapituiyasiya aktına qol çəkdi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən mərhələlərlə qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.

Üç dövlət rəhbərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi texnikası tam məhv edildi.Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.

Üçtərəfli Bəyanat status-kvonu dəyişdi.Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlandı. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

Üçtərəfli bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bu tarixi Bəyənat erməni miflərinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi tarixdə əbədi qalacaq. Azərbaycanın tarixi qələbəsi ötən illər ərzində hazırlanan "Böyük Ermənistan" planını tamamilə fiaskoya uğradıb. Daha "Dağlıq Qarabağ" statusu məsələsi arxivə qovuşub, belə termin artıq yoxdur. Ötən 30 ildə Ermənistan danışıqlar prosesi zamanı nail olmaq istədiyi heç bir şeyə çata bilməyib. Azərbaycan ordusu "Böyük Ermənistan" mifini darmadağın edib, məğlubedilməz erməni ordusu mifi isə yerlə yeksan olub. Bu qələbə Azərbaycan haqqında məğlub xalq sindromunu sındırıb. İndi xalqımızın qalib xalq, ordumuz qalib ordu, dövlətimiz də qalib dövlətdir.