YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada söz sahibinə çevrilmiş bir ölkədir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri qonaq qismində cənab İlham Əliyevin dəvət olunması Prezidentimizin beynəlxalq arenada, həmçinin İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir. Belə qiymətlər heç zaman asan verilmir – onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Xatırladım ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Hərəkat son illərdə ən qüdrətli çağını Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Bu səbəbdəndir ki, Qoşulmama Hərəkatının  üzv olan bütün dövlətlərin razılığı ilə Azərbaycanın sədrliyi  bir il daha da uzadıldı. Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.

2020-ci ilin mayın 4-də  Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşü təşkil edildi və Prezident İlham Əliyevin onlayn Zirvə görüşündə çıxışı zamanı pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dünya ölkələri yekdilliklə razılıq verdi. Cənab İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın qlobal həmrəyliyə nə qədər önəm verdiyini bir daha sübüt edirdi. COVID-19-la bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail olunması bir daha göstərdi ki, müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Bütün bu nümunələr bir daha sübut edir ki, Azərbaycan təkcə  regionda deyil, dünyada söz sahibinə çevrilmiş bir ölkədir.
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar xəyal kimi görünən nəhəng layihələri, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

DİGƏR Xəbərlər Arxiv