YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: İran mediasında ölkəmizə qarşı söylənilən qeyri-dost fikirlər bizi narahat edir

Azərbaycanın bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə siyasəti çox açıq, ardıcıldır. Ölkəmizin xarici siyasətinin prioritetlərindən biri də qonşu ölkələrlə yaxşı əlaqələrin olmasıdır.

Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Müstəqillik dövründə Azərbaycanın İranla yaxşı qonşuluq münasibətlərinin qurulması istiqamətində ardıcıl addımların atıldığını bildirən nazir deyib: "Bizim bu istiqamətdə uğurlarımız da az olmayıb. Ölkələrimiz arasında iqtisadiyyat, nəqliyyat sahələrində bir sıra müsbət layihələr həyata keçirilib. İran mediasında ölkəmizə qarşı söylənilən bir sıra qeyri-dost fikirlər Azərbaycanın diqqətindədir, bizi narahat edir. Mənim iranlı həmkarım da bu məsələlərə həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərində baş verən xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır. Əminəm ki, hər iki tərəf münasibətlərin müsbət məcrada inkişafı üçün lazımi addımları atacaq".

DİGƏR Xəbərlər Arxiv