YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının stolüstü tennis yarışlarında təmsil olunacaq ölkələrin adları açıqlanıb

Birinci Avropa Oyunlarının stolüstü tennis yarışlarında təmsil olunacaq ölkələrin adları açıqlanıb. Yarışlar iyunun 13-dən 19-dək Bakı İdman Sarayında keçiriləcək. Birincilik uğrunda 35 ölkənin, o cümlədən Azərbaycan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya, Almaniya, Böyük Britaniya, Rusiya, Yunanıstan, San-Marino, Macarıstan, Serbiya, İsrail, Slovakiya, İtaliya, Sloveniya, Xorvatiya, Latviya, İspaniya, Kipr, Litva, İsveç, Çexiya, Lüksemburq, İsveçrə, Danimarka, Niderland, Türkiyə, Finlandiya, Polşa, Ukrayna, Fransa və Portuqaliya nümayəndələri mübarizə aparacaqlar. Kişilər və qadınlar arasında komanda yarışlarında 32 komanda ( 16+16 ) iştirak edəcək.