YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Zəngilan Beynəlxalq Hava Limanının açılışı Azərbaycan-Türkiyə birliyinin növbəti təqdimatıdır

“44 günlük İkinci Qarabağ müharibəsi başlandığı andan Azərbaycana siyasi və mənəvi dəstəyini göstərən və sonadək davam edən qardaş Türkiyə son iki ildə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərində fəal   iştirakı ilə də dünyanın diqqətindədir. Dost, müttəfiq Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə dövlət başçısı İlham Əliyevlə birgə iştirakı da deyilənlərin təsdiqidir. Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışında, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eyni zamanda, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində iştirak etdilər. Regionda sabitliyin, təhlükəsizliyin təminatı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinə xidmət edən addımlar, həmçinin bölgənin gələcək inkişafında önəmli rol oynayacaq.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Ə.Salahzadə qeyd edib ki, Cəbrayıl şəhərində Prezidentlərin mətbuata bəyanatlarında  bu mühüm məqam da diqqətə çatdırıldı ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə kimi qüdrətli ölkə  qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il imzalanan Şuşa Bəyannaməsinə görə Azərbaycan və Türkiyə bütün sahələrdə müttəfiq oldular. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.”

Millət vəkili onu da əlavə edib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya siyasətində güc mərkəzinə çevrilib: “Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında vurğulağı kimi, bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı qardaşım Rəcəb Tayyib Ərdoğandır.”

“Şanlı Zəfərimizin tarixi əhəmiyyətindən geniş bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, bu şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu gün bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində görürük. Tarixi Zəfərə imza atmağımızı Azərbaycanla eyni əhval-ruhiyyədə qeyd edən dost ölkə hazırda bərpa işlərinin miqyasının daha da genişləndirilməsinə səy göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə dəstək olmaqda davam edəcək. “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” söyləyən Rəcəb Tayyib Ərdoğan onu da bildirdi ki, Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub”, deyə-Əliabbas Salahzadə bildirib.

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, güclənən Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas amildir. İki qardaş ölkə hər zaman bir yerdədir və bundan sonra da belə olacaq. Bütün sahələrdə əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb. Bu il mayın 28-də - Müstəqillik Günündə keçirilən tədbirlərdə Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalındakı çıxışında  səsləndirdiyi “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” fikirlər dünyaya mesaj oldu. Zəngin tarixə malik olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi sarsılmazdır, hər iki dövlət bu birliyə yeni əlavələr edir.