YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocalı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirib

Oktyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Xocalı rayon təşkilatı tərəfindən konfrans keçirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsindəki abidəsi və “Xocalı soyqırımı” abidəsi ziyarət edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev “Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol və əldə olunmuş uğurlar” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası dövlətimizi və xalqımızı düçar olduğu bəlalardan xilas edərək dövlət müstəqilliyimizin dönməzliyini və əbədiliyini təmin edib. Onun sözlərinə görə, əldə olunmuş bütün uğurların təməli ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qoyulub.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov isə çıxışında bildirib ki, Heydər Əliyev ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafı və vətəndaşlarımızın rifahı üçün çalışan, daim xalqın yanında olan partiyadır.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, YAP-ın xalqın dəstəyi əsasında möhtəşəm qələbələr qazandığını və ümumxalq partiyasına çevrildiyini vurğulayıb. 

Tədbirdə, həmçinin partiya fəalı, Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi Sabir Qasımov və Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən bəhs ediblər.

Sonda bir qrup partiya fəalına “Təşəkkürnamə” təqdim edilib, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.