YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın 30 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

Tədbirlər Planı çərçivəsində YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəal gənclərinin 18 oktyabr - 4 noyabr tarixlərində Heydər Əliyev Mərkəzinə ekskursiyası nəzərdə tutulur.

İlk olaraq oktyabrın 18-də YAP Xətai rayon təşkilatının nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, Muzey Ümummilli Liderin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Qonaqlar Muzeydə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Qeyd edilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur.

Ziyarətçilər Mərkəzdə yerləşən “Azərbaycan inciləri” Muzeyi ilə də tanış olublar.

Partiyanın gənc üzvləri Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.