YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 20 nömrəli ərazi partiya təşkilatının və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, RİH müavini Vüsalə Fətəliyeva və rayonun ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada infrastrukturun qurulması ilə yanaşı, Vaqif Poeziya Günləri, “Xarıbülbül” musiqi festivalı da bərpa edilib, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir.

Tədbir tələbələrin hazırladıqları çıxışlarla davam edib.