YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçtərəfli bəyanatlar tam icra edilməyib

Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilməyib, erməni hərbçilər Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Astana şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir, həmçinin Ermənistan tərəfindən təxribatların davam etdirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, sentyabrın 13-14-də sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribat çoxsaylı insan itkisinə səbəb olub.

DİGƏR Xəbərlər Arxiv