YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər salnaməsinin unudulmaz qəhrəmanları!

Ağsuda torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlarından biri Cəfərov Sübhan Mehman oğlunun anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Aqşin Xancanov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər şəhid Sübhan Cəfərovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sübhan Cəfərov 2020-ci il oktyabrın 10-da Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən ğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv