YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı “Ə.Seyidov küçəsi 8A” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş bəhs edilib. Vurğulanıb ki, YAP öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Sonra təşkilati məsələlərə baxılıb. Bayram Qasımov “Ə.Seyidov küçəsi 8A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Nəsimi İsmayılov isə sədr müavini seçilib.