YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq təcriddən xilas oldu

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə hər günün tariximizə mühüm hadisələrlə yazıldığını böyük fəxr hissi ilə qeyd edə bilərik. Bu uğurları şərtləndirən amil təbii ki, dövlətin düzgün müəyyənləşdirilən siyasəti, təkmil islahatlardır.

Azərbaycan dövlət müstəqiliyini yenidən bərpa etdiyi ilk illərdə ölkədə hakimiyyətsizliyin mövcudluğu bütün sahələrdə, o cümlədən xarici siyasətdə uğursuzluqlara yol açdı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası erməni yalanlarının ayaq tutub yeriməsinə yol açdı.  Belə ki, ermənilərin və erməni diasporunun apardığı yalan, əsassız  təbliğata uyğun olaraq beynəlxalq aləmdə “yazıq, məzlum, əzilən, döyülən” xalq, millət kimi  tanındılar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, məhz bu təqdimata görə ABŞ Konqresi ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktına”  ədalətsiz “907-ci düzəliş”i  əlavə etdi. Bu ədalətsiz qərar o ölkələrə tətbiq edilirdi ki, onlar işğalçılıq siyasəti həyata keçirirdi. Ermənilərin belə bir qərarın qəbul olunmasına nail olmaqda məqsədləri Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, ən əsası digər ölkələrdən asılı vəziyyətə salmaq idi. Qeyd etdiyimiz kimi, belə ədalətsiz addımların atılmasında müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq əsas yer tuturdu. O dövrün iqtidarının başı öz şəxsi ambisiyalarına elə qarışmışdı ki, Azərbaycanın taleyi onları düşündürmürdü. Torpaqları işğal altında, bur milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda Ermənistan işğala məruz qalan dövlət kimi dünyaya təqdim edilmişdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada diqqəti bu gün tarixə qovuşan Qarabağ münaqişəsinə  yönəltməsin, erməni yalanları faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasın. Ermənilərin o illərdə  yalanlarının həqiqət kimi qəbul olunmasında erməni diasporunun fəallığı xüsusi rol oynayırdı. Sirr deyil ki, ABŞ, Fransa kimi iri dövlətlərdə erməni diasporu güclüdür, hadisələrin gedişinə təsir imkanları inkaredilməzdir.

Ümummilli Lider müstəqillik yolunda ilk addımını atan dövlətlərin qarşısında dayanan vəzifələr sırasında xaricdə varlığının təsdiqini, tanınmasını əsas amil kimi önə çəkirdi. Diasporun bir dövlətin xaricdə varlığı olduğunu qeyd edən ulu öndər Heydər Əliyev Azərbaycan diasporunun formalaşması, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması istiqamətində biri-birindən mühüm addımlar atdı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.  Azərbaycanın ayrı-ayrı dövlətlərdə mərkəzlərinin yaradılmasına nail olan ulu öndər Heydər Əliyev sonrakı dövrdə onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım olmaqla yanaşı, onların birliyinin, həmrəyliyinin əsası qoyuldu.

Ulu öndər Heydər Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi diqqəti də ölkəmizin tanınmasında, həqiqətlərinin təbliğində əhəmiyyətli rol oynadı. İlllər keçdikcə Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması, diasporumuzun dünyada baş verən hadisələrə təsir imkanlarının artması, Azərbaycanın imzasının imzalar arasında görünməsi ilə bərabər, sözünün də əhəmiyyətli olması, dünya birliyinin fəal üzvü kimi tanınması  erməni yalanlarıın ifşasında öz sözünü dedi.

Qeyd etdiyimiz kimi, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təcriddən xilas oldu. Belə ki, Ümummilli Liderin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan ermənilərin “907-ci düzəliş”in tətbiqindən gözlədiklərini puç etdi. Azərbaycan iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə daha da güclü, qüdrətli dövlətə çevrildi. Ölkəmizin xarici siyasət uğurları, eyni zamanda,  2001-ci ildə ABŞ-da baş verən terror aktı ABŞ hökumətinin xarici siyasətində dəyişikliklər etməsini şərtləndirdi. ABŞ hökuməti “907-ci düzəliş”in ədalətsizliyini təsdiqləyərək fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. 2001-ci ildən başlayaraq bu qərar hər il yenidən təsdiqlənir. Qərarın bugünədək birdəfəlik ləğvini gözləməsinə səbəb yenə də dünyanın ikili standartlara əsaslanan siyasətidir.

Bu yanaşmanın hansı faciələrə, problemlərə yol açdığını tarixə qovuşan Qarabağ münaqişəsinin həllində gördük. Zamanında dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətməsəydilər, Ermənistana sanksiyalar tətbiq etsəydilər İkinci Qarabağ müharibəsi yaşanmazdı. İşğalçını adı ilə çağırmağa ehtiyat edən əksər dünya gücləri sonda belə bir vəziyyətin yaranacağını bilirdilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bir daha dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı, BMT Təhlükəsilik Şurasının qətnamələrini təkbaşına icra etdi. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi tarixi Zəfərimizdə mühüm rol oynayan amillər sırasında oldu. Ümummilli Liderin “Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq” tezisi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını birliyə çağırır.

DİGƏR Xəbərlər Arxiv