YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur, unudulmayacaq!

Gədəbəy rayonunun Cəfərli kəndindən şəhid Həsənov Tofiq Etibar oğlunun, Çobankənd kəndindən isə şəhid Rzayev Amin Qurban oğlunun anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri Tofiq və Aminin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.