YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir

Azərbaycan və Rusiya arasında dövlətlərarası münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir.

Bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib ki, əsas məsələ nəticəyə hədəflənməkdir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir.

“Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.