YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində və iqtidarındadır

“Dünyada gedən qlobal böhrana baxmayaraq, bu gün Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilib”. Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan müasir dünyada” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 B. Muradova bildirib ki, Azərbaycan mili maraqlarına uyğun olaraq həm Qərbə və Avroatlantik strukturlara inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlığı davam etdirir: “Bu kontekstdə xarici siyasət kursunda strateji prioritet kimi müəyyən olunmuş əsas vəzifə Dağlıq Qarabağ düyününün açılmasıdır. Son dövrlər Ukraynada cərəyan edən hadisələrdən dolayı beynəlxalq ictimaiyyət sanki qəflət yuxusundan ayılaraq separatizmin bəşəriyyət üçün necə ağır nəticələr verə biləcəyinin fərqinə varmağa başlayıb. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni perspektivlər açır. Təsadüfi deyil ki, indi beynəlxalq görüşlərdə dövlət başçılarının ritorikasında bununla bağlı səslənən fikirlərdə müəyyən müsbət korrektələr hiss olunur, Azərbaycanın haqq işi daha konkret olaraq dəstəklənir. Bu ilin əvvəllərində Prezident İlham Əliyevin Almaniyaya, Bolqarıstana və Vatikana səfərinin nəticələri buna əyani sübutdur. Bütün bunlarla yanaşı, o da istisna edilmir ki, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Çünki bir çox hallarda bəzi beynəlxalq qurumlar, hegemon dövlətlər bu məsələ ilə bağlı ikili standartlar əsasında çıxış edir, ədalətsiz münasibət göstərirlər. Bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində və iqtidarındadır”.

 

DİGƏR Xəbərlər Arxiv