YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Rayon təşkilatının sədri Gündüz Bayramov ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycanın dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını bildirib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir və 30 ildə şərəfli yol keçərək böyük uğurlara imza atıb.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov partiyanın təsis olunmasının 30 illik yubileyi ilə bağlı ərazi partiya təşkilatlarının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək tədbirlərdə fəal olmağa çağırıb.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.