YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.

“BMT Baş Assambleyasında Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşməkdən məmnunam. Biz regional məsələləri, Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik”, - o qeyd edib.