YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.

“İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. Azərbaycan-İsveç əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə etdik”, - C.Bayramov qeyd edib.