YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər Fransadakı Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar

“Nor Seround” radikal erməni qrupu Fransadakı Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

Məqsəd UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olmaq idi.

Ermənilər mədəniyyət mərkəzinin binasına rəngli boyalar atıblar, polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.