YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgədə təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əhəmiyyətli platforma

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin qeyri-formal görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Qazaxıstanın sədrliyi ilə keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edib. Nazir çıxışında qlobal təhlükəsizliyə, sabitliyə, iqtisadi inkişafa qarşı artan çağırışlar nəzərə alınmaqla regional qarşılıqlı əlaqəyə və əməkdaşlığa ehtiyacın artdığını qeyd edib. Bu kontekstdə AQEM-in dialoqun və əməkdaşlığın təşviq edilməsi, etimadın qurulması, bununla da bölgədə təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əhəmiyyətli platforma olduğu bildirilib.

Azərbaycanın xarici işlər naziri çıxış zamanı regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin möhkəmləndirilməsininzəruriliyini diqqətə çatdırıb.

Həmçinin etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün AQEM prosesinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, ölkəmizin AQEM-də əlaqələndirməsini həyaya keçirdiyi təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemləri üzrə etimad quruculuğu tədbirləri çərçivəsində AQEM üzv dövlətləri arasında nəqliyyat və bağlantıları fəal surətdə təşviq etdiyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və tranzit dəhlizlərini irəlilətdiyi bildirilib. Bu kontekstə, 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Zəngəzur dəhlizinin qısa zamanda açılmasının bölgədə sülh və sabitliyə töhfə verilməsi, eləcə də yerli, regionlararası və transregional ticarətin inkişaf etdirilməsi baxımından vacib olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, həmçinin AQEM-in Astana şəhərində keçiriləcək Sammitinə hazırlıq məsələləri müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv