YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidi Hacıyev Rüstəm Firqani oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və təşkilat nümayəndələri, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, partiya fəalları və ictimaiyyət nümayəndələri rayonun Yuxarı Qapanlı kəndində şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. 

Sonra məktəblilər Vətənə, orduya, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.  

Qeyd edək ki, Rüstəm Hacıyev 2020-ci il sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Rüstəm Hacıyev ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv