YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhid ailəsi üçün evin tikintisinə başlanılıb

Ağdam rayonu Çəmənli kəndində Vətən müharibəsi şəhidi Qurbanov Emil Rafael oğlunun ailə üzvləri üçün tikiləcək evin təməlqoyma mərasimi olub.

Təməlqoyma mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Emil Qurbanov 2020-ci il oktyabrın 10-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv