YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in gündəliyində duran aktual məsələlərə dair müzakirələr aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin sıx təmaslarının olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. O, əlavə edib ki, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistanın işğalçı silahlı qüvvələri zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.