YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar “İDEF-2015” sərgisində nümayiş etdirilir

Xəbər verdiyimiz kimi, mayın 5-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Nazirlikdən bildiriblər ki, 1993-cü ildən başlayaraq iki ildən bir keçirilən “İDEF” sərgisinə Müdafiə Sənayesi Nazirliyi (MSN) dördüncü dəfədir qatılır. İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan MSN bu il 184 adda məmulat nümayiş etdirir. Dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin qatıldığı sərgidə MSN-in nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır.

“İDEF-2015”-də MSN-in əməkdaşları tərəfindən sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Sərginin ilk günündə müdafiə sənayesi naziri Yavər Camalovun Malayziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Zulkifeli Bin Zain ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Malayziya arasında müdafiə sənayesi üzrə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Mayın 8-dək davam edəcək sərgidə nazir Yavər Camalovun tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də iştirak edirlər.