YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycanın dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının sıraları genişlənir. Partiya monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır.

B.Mustafayev şəhər təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb. Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə bağlı ərazi partiya təşkilatlarına tapşırıqlar verilib.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.

DİGƏR Xəbərlər Arxiv