YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun təhlükəsizliyi üçün tək çıxış yolu

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Prezident İlham Əliyevin yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin milli maraqlarını, prinsipial mövqeyini hər zaman qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırması 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbənin təməli idi.

Prezident İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı da bir sıra mühüm məsələlərə toxundu və mesajlar verdi. Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin sülh çağırışını dəyərləndirməsə, əminliklə demək olar ki, onları qarşıda böyük fəlakətlər gözləyir. Ermənistanın sərhəddə törətdikləri  təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. Ancaq bizim də səbrimizin bir həddi var. Ermənistanın Azərbaycanla müharibə etmək iqtidarında olmamasına baxmayaraq, bu təxribatları planlı şəkildə edir. Ancaq onlar təxribat törətmək yerinə, sülh müqaviləsi bağlamaq barədə düşünməlidir. Bu regionun təhlükəsizliyi üçün tək çıxış yoludur.

Sülh müqaviləsinin bağlanması regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradacaq. Xüsusilə Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq. Prezident İlham Əliyev çıxışı zamanı bu məsələyə xüsusi olaraq toxundu.

Ümumiyyətlə, Qarabağın yeni yaradılacaq avtomobil, hava və dəmiryol infrastrukturu bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq. Son 19 ildə ölkəmizdə yol infrastrukturunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atılan addımlara əsasən demək olar ki, Azərbaycan bu sahədə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön sıralarda öz yerini möhkəmlədib.

Prezident İlham Əliyevin beynəlxalq tribunalardan çıxışları dünyaya bir daha sübut edir ki, biz güclü dövlətik və bütün sahələrdə inkişafımız yüksək səviyyədədir. Ancaq Azərbaycanın bu uğurları istər xaricdəki, istərsə də daxildəki bəzi qüvvələri çox narahat edir. Danışmaqdan başqa əllərindən bir iş gəlməyən bu satqınlar əmin ola bilərlər ki, heç zaman istəklərinə nail ola bilməyəcəklər. Çünki bu qarayaxma kampaniyaları ilk dəfə deyil və bundan sonra da olacaq. Azərbaycanda hansısa böyük uğurlar əldə etdikcə onların da “fəaliyyəti” genişlənir. Ancaq dərk etmirlər ki, bu dırnaqarası fəaliyyət xalq-iqtidar birliyini möhkəmləndirməkdən başqa bir işə yaramır.

DİGƏR Xəbərlər Arxiv