YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəmanın xatirəsi anılıb

Ağsu rayonunun Rəhimli kəndində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun anım günü qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin rayon şöbəsinin nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə şəhidin Ağsu rayonunun Rəhimli kəndindəki məzarı və büstü ziyarət olunub. Şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra Rəhimli kənd tam orta məktəbdə davam edən tədbirdə Milli Qəhrəmanın şərəfli ömür və döyüş yolundan bəhs edilib.

Qeyd edək ki, Yusif Əliyev 1991-ci il sentyabrın 14-də erməni silahlı dəstələrinin Goranboy rayonunun Buzluq kəndinə hücumu zamanı orduya sursat çatdırarkən şəhidlik zirvəsinə yüksəlir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə şəhid Yusif Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.