YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sülh göyərçinləri”nin əsl siması

Tahir Mirkişili

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Son 2 il ərzində Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsinə kölgə salmaq istəyən “müxalifət”in bəzi nümayəndələri, daxildə və xaricdə fəaliyyət göstərən bəzi “internet qəhrəmanları”, milli xəyanətkarlar yenidən fəallaşaraq 13 sentyabrda baş verən erməni təxribatlarına ordumuzun sarsıdıcı zərbəsini qaralamağa çalışaraq bəzi yersiz və savadsız suallar, bəyanatlar və müsahibələr ilə gündəmə gəlməyə çalışır, könül bulandırırlar.

Əslində məsələnin mahiyyəti nədir? İlk öncə onu deyim ki, Azərbaycan və Ermənistan arasında olan münaqişə daim “Dağlıq Qarabağ münaqişəsi” adlanıb. 44 günlük müharibə zamanı Azərbaycan Ermənistan işğalında olan ərazilərinin 96%-ni faktiki, 4%-ni isə hüquqi olaraq (bu hissənin Azərbaycan ərazisi olması artıq heç kimdə şübhə yaratmır) tam işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixdə Ermənistan kapitulyasiya aktı imzalamaqla Qarabağın dağlıq hissəsi ilə bağlı, işğal olunmuş digər ərazilərimizlə bağlı iddialarından əl çəkdi. “Dağlıq Qarabağ” sözü sıradan çıxdı, Qarabağ və Şərqi Zəngəzur sözləri leksikona daxil oldu. Qarabağda həllini gözləsən əsas məsələ isə qanunsuz silahlı qüvvələrin orda qalmasıdır. Bu isə zamanla həll olacaqdır, buna heç kəsin şübhəsi yoxdur.

Azərbaycan Prezidenti dəfələrlə Ermənistana sülh sazişini imzalamağı təklif edib. Ermənistan rəhbərliyi hiyləgərcəsinə daim bu sazişi imzalamaqadan qaçırlar. Bilirsiz nə üçün? Çünki onlar hələ də düşünürlər ki, güc toplayıb, yenidən ərazilərimizə hücum edib ərazilərimizi işğal edərək xarabalığa çeviricək və vətəndaşlarımızı soyqırıma məruz qoyacaqlar. Bax bu düşüncəni biz- ordumuz beşiyindəcə boğmalıyıq. Əks halda biz bir xalq olaraq bunun bədəlini çox ağır ödəyəcəyik. Necə ki, 1990-1993-cü illərdə ödədiyimiz kimi – 20 mindən çox şəhid ilə... O zaman Ermənistada baş verən hadisələrə o zamankı Azərbaycan rəhbərliyi seyrçi qalmışdı...

1990-cı illər bu faciələri bizə yaşadan Əli Kərimli, Arif Hacılı kimi xəyanətkar siyasi partiya rəhbərləri və onlar kimi milli xəyanət yolunu tutmuş Qubad İbadoğlu, Altay Göyüşov və digərləri bu dəfə də xəyanətkar mövqe tutaraq Ermənistan ilə demək olar ki oxşar mövqe sərgiləmiş və Azərbaycan Prezidentini, ordunuzu hədəfə almış, Azərbaycan xalqına və dövlətinə qarşı əks mövqedə yer almışlar. Özlərini “sülh göyərçinləri” kimi göstərməyə çalışan bu xəyanətkar Azərbaycan ordusunun qəhrəmanlığını, xalqımız bir daha faciə yaşamasın deyən canlarını qurban vermələrini, düşmənin başını əzmələrini “Azərbaycanın Ermənistana təcavüzü” kimi qələmə verərək, Ermənistanın ulduzları olublar. Bunlar Azərbaycanın milli maraqlarının sərhədlərinin hardan başlayıb harda bitdiyini heç zaman başa düşmədilər və düşməyəcəklər də.  

Biz bir qalib və güclü xalq kimi, güclü lideri olan dövlət kimi öz maraqlarımızı harada və nə vaxt lazım biliriksə orda və o zaman təmin edəcəyik. Biz Ermənistandakı revanşist qüvvələri, onun havadarlarını sülhə razı olmağa məcbur etməliyik, o ərazilərdə bizə qarşı yarana biləcək təhlükələri məhv etməliyik, bizim üçün bu ağır itkilərlə başa gəlsə də, cəmiyyət olaraq da daim ayıq-sayıq olmalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qısası misli ilə düşməndə alınır. Onlar ona görə can verirlər ki, biz düşmənə torpağı, ləyaqəti və milli qürurumuzu təslim etməyək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi güclü Azərbaycan, güclü ordu, sarsılmaz xalq-iqtidar birliyi Azərbaycan xalqının bu günü və gələcəyidir!