YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda qazilərlə görüş olub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Qaradağlı kəndində bir qrup qazi ilə görüş keçiriblər.

RİH başçısı şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işləri də qeyd edərək, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb. 

Rayon rəsmiləri, həmçinin Vətən müharibəsi qazisi, Şükürağalı kənd sakini Usubov Rail Qüdrət oğlunu doğum günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıblar.

Qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv