YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi şansı dəyərləndirməlidirlər

“Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törətməsi bir daha göstərdiki, Ermənistan revanşist və terror siyasətindən əl çəkmək niyyətində deyil. Təxribatlar törətməklə vəziyyəti gərgin saxlamağa çalışan Ermənistan dövləti  regionda sülh və sabitliyin bərqərar olmasına təhdiddir.

Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq Azərbaycan tərəfi öz üzərinə götürdüyü bütün öhdəliklərə tam və vaxtında əməl edir, sülh və humanizm təşəbbüsləri ilə çıxış edir. Hər zaman humanizm  prinsiplərini rəhbər tutan Azərbaycan dövləti bir neçə gün bundan əvvəl 5 nəfər Ermənistan hərbçisini azad edərək qarşı qarşı tərəfə təhvil vermişdir. Bu bir daha ölkəmizin və Prezident İlham Əliyevin humanistliyinin bariz sübutudur”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dəfələrlə Şanlı Azərbaycan Ordusu sübut edib ki, qarşı tərəfin törətdiyi hər bir təxribatın qarşısı qüdrətli Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır: “Ermənistan tərəfi və başıpozuq revanşist qüvvələr anlamalıdır ki, bu cür təxribatlar dalana dirənmiş, dərin böhran içində olan Ermənistanı daha da uçuruma sürükləyir. Əgər Ermənistan hakimiyyəti və Ermənistandakı revanşist qüvvələr  Erməni xalqının gələcəyini düşünürsə təxribatlar törədərək öz xain xislətlərini nümayiş etdirmək əvəzinə, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməlidir. Çünki bu Ermənistanın yeganə çıxış və xilas yoludur”.

DİGƏR Xəbərlər Arxiv