YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə qanvermə aksiyası…

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Aksiyada YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məzkəzi Qan Bankının Gəncə şəhər regional bölməsində hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.